Gədəbəydə yerləşən istirahət mərkəzlərindən birində meyit aşkarlanıb.
Elchi.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.
Bakı şəhər sakini olan 1966-cı il təvəllüdlü Vaqif Məmmədovun kənddə yerləşən istirahət mərkəzlərinin birində cəsədi aşkar edilib. İlkin məlumata görə mərhum ürək çatışmazlığından dünyasını dəyişib. Ölümün səbəbləri araşdırılır.




