İsveçin Umea Universitetinin alimləri kişi və qadınların qoxu alma qabiliyyətlərini müqayisə ediblər. Araşdırmanın nəticələri “Scientific Reports” jurnalında dərc olunub.
Elchi.az-ın News.am-a istinadən xəbərinə görə, əvvəlki araşdırmalar göstərib ki, qadınlar kişilərdən daha yaxşı qoxu bilmə xüsusiyyətinə malikdir.
Fərqi izah edən bir nəzəriyyə, kəskin qoxu duyğunun cinsə xas olan təkamül üstünlüyü olduğunu göstərir. Embrionun qorunması fərziyyəsi hamiləlik dövründə qadınların qoxu və dad hisslərinin həlledici rol oynadığını və bunun da daha sağlam nəsillərə yol açdığını göstərir.
Alimlər tədqiqatın nəticələrini yoxlamaq qərarına gəliblər. Komanda 37 qadın və 39 kişidən ibarət olub. Təcrübə zamanı xüsusi kamerada “n-butanol” məhlulu və təmiz su istifadə edilib. İştirakçılar intensivliyi və “n-butalon” konsentrasiyalarına təsirini təxmin etməli idilər.
Əldə edilən nəticələrə görə, kişilər və qadınlar arasında qoxu bilmə hissində əhəmiyyətli fərqlər yoxdur.
Yeganə






