Robot tozsoranlar kimi avtonom məişət texnikası insanları evdə işləməkdən yaranan məmnunluq hissindən məhrum edə bilər. Bu hiss həyatın mənasının mühüm mənbəyidir. Evi səliqəyə salmaq insanı daha xoşbəxt edə bilər, ruhun boşluğunu doldura bilər.
Elchi.az-ın News.am-a istinadən xəbərinə görə, bu barədə “EurekAlert”-də dərc olunan məqalədə bildirilir.
“Araşdırmalarımız göstərir ki, əl əməyinin dəyəri bəzi istehlakçıları avtonom texnologiyadan uzaqlaşdırır. Onlar avtonom cihazlara mənfi münasibət bəsləyirlər, həmçinin onların mənfi cəhətləri olduğuna inanırlar və üstünlüklərinə inanmırlar”, – marketoloq Emmanuel de Bellis, tədqiqatın həmmüəllifi bildirib.
Əl işinə olan sevgi, mexaniki sürət qutuları olan maşınları seçərkən və ya qabyuyan maşından imtina etdikdə də ifadə edilir.
Marketoloqlar insanlara sivilizasiyanın üstünlüklərindən istifadə etməyi, ruhun boşluğunu alternativ vasitələrlə doldurmağı tövsiyə edirlər: heykəltəraşlıq, rəsm, ağac üzərində oyma, uşaq böyütmək və.s
Yeganə





