Səudiyyə Ərəbistanında keçirilən İŞİD-ə Qarşı Qlobal Koalisiyanın toplantısında Koalisiyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq Suriya böhranında qalıcı siyasi həlli dəstəkləmək üçün Suriya xalqının yanında olacağı vurğulanıb .
Elchi.az xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən İŞİD-ə Qarşı Qlobal Koalisiyanın toplantısından sonra birgə bəyanat verilib.
Açıqlamada, Koalisiyanın Suriya böhranında BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq qalıcı siyasi həllini dəstəkləmək üçün Suriya xalqının yanında olacağı bildirilib.
İŞİD-dən azad edilən bölgələrdə “sabitlik” olduğu vurğulanan bəyanatda, Suriyanın hər yerində siyasi həllə rəvac verən şərtlərin inkişaf etdirilməsi üçün uzlaşma və reinteqrasiya səylərinin dəstəklənməyə davam ediləcəyi bildirilib.
Açıqlamaya görə, nazirlər həmçinin Hol və Roj düşərgələrində İŞİD terrorçularının qohumlarının təhlükəsizlik şəraitinin və humanitar yardımların yaxşılaşdırılması üçün daimi həll yollarının vacibliyini təsdiqləyiblər.
Nuranə Məmmədova



