Taxıl sazişinin müddətinin uzadılması üçün heç bir şərt yoxdur və gözlənilmir, lakin BMT ilə məsləhətləşmələr davam edir. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov perspektivlərin olmadığını açıqlayıb.
“Biz dəfələrlə bildirmişik ki, birtərəfli oyunun aparıldığı bir vəziyyət bizi maraqlandırmır. Biz BMT ilə məsləhətləşmələri davam etdiririk, növbəti raundu iyunun 9-na planlaşdırırıq. Amma razılaşmanın uzadılması üçün heç bir şərt yoxdur və gözlənilmir”, – deyə diplomat bildirib.
Səfir sövdələşmənin heç bir bəndinin yerinə yetirilmədiyini vurğulayıb. O əlavə edib ki, Moskvada hələ də razılaşmaların icrası ilə bağlı çoxlu şikayətlər var.
Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya taxıl sazişinin həyata keçirilməsini şərh edib. Onun sözlərinə görə, Moskva bəyan edib ki, sazişin sonrakı fəaliyyəti üçün şərt beş bəndə əməl olunmasıdır, onlar olmadan Rusiya ilə BMT arasında anlaşma memorandumunun fəaliyyət göstərməsi mümkün deyil. Lakin bu tələblər yerinə yetirilmir.
Havar Şəfiyeva






