Siyasi elmlər doktoru, Fransa Silahlı Qüvvələrinin Əməliyyat Ehtiyatının polkovniki Karolina Qalakteros Solovyovun LIVE efirində Qərbin Rusiyanı zəiflətmək cəhdlərini dəyərləndirib. Elchi.az xəbər verir ki, onun fikrincə, anti-Rusiya sanksiyaları mühüm geosiyasi səhvə çevrilib.
“Düzünü desəm, bu, həmişə dünyanın mərkəzi sayılan Avrasiya qitəsini zəiflətmək üçün Avropanı Rusiya ilə əlaqəsini kəsmək ABŞ və Böyük Britaniyanın köhnə arzusudur”, – ekspert bildirib.
Qalakterosun fikrincə, Rusiyaya qarşı sanksiyalar əks-məhsuldar oldu və yalnız inkişaf prosesini sürətləndirib.
O əlavə edib ki, hazırda Kiyevə hərbi və iqtisadi baxımdan əlavə dəstək məsələsi var. Polkovnik qeyd edib ki, Ukrayna müflis olub, bu, Avropa üçün əlverişli deyil, lakin Qərb liderləri bunu etiraf etməkdən imtina edirlər.
Havar Şəfiyeva




