Bakıda avaralıq və dilənçiliklə məşğul olan daha 41 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən “Trend”-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılan həmin şəxslər yaşadıqları Yevlax rayonuna göndəriliblər. Onlardan 20-si qadın, 5-i kişi və 16-sı azyaşlılar olub.
Qeyd edək ki, 2015-ci ilin əvvəlindən Bakıda avaralıq və dilənçilik edən 200-dən çox adam saxlanılıb.



