Myanmanın şimal bölgəsində Kaçin üsyançıları ilə hökumət qoşunları arasında yaranan qarşıdurmada 2 min dinc sakin arada qalıb.
Aralarında yüzlərlə çinlinin də olduğu dinc sakinlər əkinçilik və mədən işçiləridir. Kaçin üsyançılarının komandanı bildirib ki, atışmalara ara verməyə razılıq əldə edərək çinliləri evlərinə göndərmək lazımdır.
Gərginliyin 72 saatdır davam etdiyi bölgədə ölən və yaralananın olmadığı, lakin su, yemək, dərman sıxıntısı olduğu bildirilib.(musavat.com)



