İsveçdə terror təşkilatı PKK/YPG-yə xərac toplayan şəxsin bir neçə həftə ərzində “terroru maliyyələşdirmək, qəsb etməyə cəhd və silahlı hücum” ittihamı ilə mühakimə olunacağı bildirilib.
Elchi.az xəbər verir ki, Dövlət radiosu SR İsveç tarixində ilk dəfə terror təşkilatı PKK/YPG üçün pul toplayan şəxsin mühakimə olunacağını bildirib.
SR-yə açıqlama verən prokuror Hans İhrman, “PKK İsveçdə şantaj yolu ilə pul toplamaqda günahlandırılır. Bu, uzun müddətdir mütəşəkkil şəkildə həyata keçirilən daha əhatəli fəaliyyətlərin bir hissəsidir. İstintaq dərinləşdikcə dərinləşir” ,-ifadələrdən istifadə etmişdir.
Hadisənin ağır cinayət kimi qiymətləndirilməsinin lazım olduğunu qeyd edən İhrman deyib: “Bu işdə terroru maliyyələşdirməyə cəhd ağır cinayət kimi qiymətləndirilməlidir, çünki pulların terror aktlarına yönəldilməsi riski var. PKK-nın təkcə 2022-ci ildə dünyada 54 zorakılıq aktı ilə əlaqəsi var.Bu hücumlarda çoxlu mülki vətəndaş həlak olub”.
İsveç mediası xəbər verir ki, yanvar ayında saxlanılan şübhəli bir restorana girərək PKK üçün pul tələb etdikdən və tapançadan atəş açdıqdan sonra “terrorçuluğu maliyyələşdirməkdə və qəsb etməkdə şübhəli bilinərək” həbs edilib.
Nuranə Məmmədova




