Bu həftə ABŞ-da neft qazma qurğularının sayı 1 ədəd artıb.
Elchi.az xəbər verir ki, neft-mədən xidmətləri şirkəti “Baker Hughes” tərəfindən açıqlanan həftəlik məlumatlara görə, 3-9 iyun həftəsində ölkədəki neft buruqlarının sayı əvvəlki həftə ilə müqayisədə 1 ədəd artaraq 556-ya çatıb.
Son bir ildə ABŞ-da neft qazma qurğularının sayı 24 ədəd azalıb.
Cümə axşamı 75,96 dollarla bağlanan Brent markalı neftin bir barel qiyməti cümə günü 74,79 dollarla başa çatıb.
Qərbi Texas markalı xam neftin bir barelinin qiyməti cümə günü 70,17 dollar səviyyəsində bağlanıb.
Nuranə Məmmədova




