Moskva Qərbi taxıl müqaviləsindəki beş problemdən üçünün həllini əngəlləməkdə ittiham edib. Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Qeyd olunur ki, Cenevrədəki məsləhətləşmələr zamanı sazişdə qeyd olunan beş sistem probleminə xüsusi diqqət yetirilib. Söhbət Rosselxozbank-ın “SWIFT”ə yenidən qoşulmasından, ehtiyat hissələri və avadanlıqların tədarükünün bərpasından, nəqliyyat logistikası və sığortasından, Togliatti-Odessa ammonyak boru kəmərindən və Rusiya şirkətlərinin dondurulmuş aktivlərinin blokdan çıxarılmasından gedir.
Havar Şəfiyeva





