İngiltərədə Şahzadə Uilyamın doğum gününə hazırlıq üçün keçirilən Atlı Mühafizəçilər Paradı zamanı truba çalan ingilis mühafizəçi yüksək temperatura dözməyib və huşunu itirib.
Elchi.az xəbər verir ki, İngiltərədə Şahzadə Uilyamın ad günü mərasimi öncəsi keçirilən Atlı Mühafizəçilər Paradının məşqində maraqlı anlar yaşanıb. İngiltərənin paytaxtı Londondakı St James Parkında keçirilən və minlərlə insanın izlədiyi mərasimdə truba çalan mühafizəçi yüksək hərarətə dözməyib huşunu itirib. Bir müddət əlində zurna ilə yerdə dayanan mühafizəçi ayağa qalxmağa çalışarkən təcili yardım işçiləri tələsik köməyə gələndə onu xərəyə aparıblar. Tədbirdən sonra Şahzadə Uilyam sosial media hesabından açıqlama verib, “Bu səhər bu temperaturda mərasimə qatılan hər bir əsgər üçün çox sağ olun. Şərait çox ağırdır, amma hamınız yaxşı iş görmüsünüz”, – deyə o bildirib.
Nuranə Məmmədova





