İngiltərə Meteorologiya Agentliyi (Meteorologiya İdarəsi) ölkədə bu ilin ən yüksək temperatur göstəricilərinin dünən 32,2 dərəcə ilə qeydə alındığını bildirib.
Elchi.az xəbər verir ki, Met Office məlumatlarına görə, İngiltərənin cənub-şərqindəki Surrey bölgəsindəki Chertseydə iyunun 10-da temperatur 32,2 dərəcəyə çatıb. Bu temperaturlar ilin ən yüksək göstəriciləri kimi qeydə alınıb.
Şotlandiyada ilin temperatur rekordu Auchincruive bölgəsində 29,8 dərəcə, Şimali İrlandiyanın Armaq şəhərində isə 25,3 dərəcə ilə yenilənib.
Şayəstə Hüseynova






