Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bir sıra ölkələrin, o cümlədən Braziliya, İndoneziya və Afrika ölkələrinin təklif etdiyi sülh təşəbbüsləri əsasında Moskva ilə danışıqların mümkünsüzlüyünü açıqlayıb. Elchi.az xəbər verir ki, bu barədə o, öz “Twitter” səhifəsində yazıb.
Qeyd olunur ki, Podolyakın fikrincə, Kiyev və Moskva arasında istənilən danışıqlar prosesi Ukrayna və Avropa üçün mənasız, təhlükəli və ölümcül olacaq.
Havar Şəfiyeva





