Birləşmiş Millətlər Təşkilatı (BMT) və Türkiyə də daxil olmaqla 7 ölkənin səfirləri və diplomatları Liviyada Seçki Qanunlarının Müəyyənləşdirilməsi Komitəsinin (6+6) seçkilər üçün “aydın yol xəritəsi”nin hazırlanması prosesini başa çatdırmalı olduğunu vurğulayıblar.
Elchi.az xəbər verir ki, Liviya Ali Dövlət Şurasının bəyanatına görə, Şura sədri Xalid əl-Mişri Liviyanın paytaxtı Tripolidə Seçki Qanunlarını Müəyyənləmə Komitəsinin sədri Ömər Məhəmməd Əbu Life ilə görüşüb.
Görüşdə Birləşmiş Millətlər Təşkilatının Liviyadakı Dəstək Missiyasının (UNSMIL) nümayəndəsinin müavini Raisedon Zenenga, Avropa İttifaqının (Aİ) Liviyadakı səfiri Xose Sabadell, Türkiyənin Tripolidəki səfiri Kənan Yılmaz, Böyük Britaniyanın Tripolidəki səfiri Karolin Herndall, Fransanın Tripolidəki səfiri Mostafa Mihraje, Misirin Tripolidəki səfiri Mustafa Tamir və İtaliya səfirliyinin müvəqqəti işlər vəkili Michael Rossi iştirak ediblər.
Görüşdə ABŞ-ın Tripolidəki səfiri və Liviyadakı xüsusi elçisi Riçard Norland və Almaniyanın Tripolidəki səfiri də videokonfrans vasitəsilə iştirak ediblər.
Qeyd olunub ki, Liviya Dövlət Ali Şurası və Nümayəndələr Palatasının nümayəndələrindən ibarət 6+6 Komitəsinin məsələsini təsdiqləyəcək iclasda seçkilərin keçirilməsi üçün “aydın yol xəritəsi”nin hazırlanması prosesi başa çatdırılmalıdır.
Nuranə Məmmədova




