Nigeriya ordusu ölkənin şimal-şərqindəki Borno əyalətində terror təşkilatı Boko Haram-a qarşı keçirdiyi hava əməliyyatında çox sayda terrorçunu zərərsizləşdirib.
Elchi.az xəbər veriir ki, Kəşfiyyat rəsmisi Zaqazola Makama verdiyi açıqlamada ordunun Borno əyalətinin Qvoza bölgəsində Boko Harama qarşı hava əməliyyatı keçirdiyini bildirib.
Makama əməliyyatlarda terrorçuların sığınacaqları və düşərgələrinin məhv edildiyini bildirib.
Nigeriyada 2000-ci illərin əvvəlindən 2009-cu ildən bəri mövcud olan terror təşkilatı Boko Haramın təşkil etdiyi kütləvi zorakılıq aktlarında 20 mindən çox insan həyatını itirib.
Ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə 2015-ci ildən bəri Çad Gölü hövzəsində hücumlar həyata keçirən terror təşkilatının hücumlarında ən az 2 min adam həyatını itirib.
Nuranə Məmmədova





