Slovakiyanın keçmiş baş naziri Pelleqrini əlavə edib ki, onları doldurmaq üçün 5-10 il vaxt lazımdır.
Elchi.az xəbər verir ki, bütün Avropada silah anbarları Ukraynaya yardımla boşaldılıb və onların doldurulması 5-10 il çəkə bilər. Bu sözləri Slovakiyanın keçmiş baş naziri, “Səs – Sosial Demokratiya” partiyasının lideri Peter Pelleqrini deyib.
O, həmçinin vurğulayıb ki, silah ehtiyatlarının tükənməsi fonunda Slovakiya artıq Ukraynaya hərbi yardım göstərə bilməz.
Ukraynaya Qərb silahlarının davamlı şəkildə vurulmasına baxmayaraq, Britaniya rəsmiləri etiraf edirlər ki, bu, heç bir halda Kiyevə hər hansı nəticə əldə etməyə kömək etməyəcək. Onlar hesab edirlər ki, hazırkı təchizat münaqişənin gedişatına təsir göstərə bilməz.
Nuranə Məmmədova





