Onun sözlərinə görə, saziş 2013-cü ildə imzalanıb.
Elchi.az xəbər verir ki, Yaponiya hesab edir ki, Ukrayna Kiyev və Pekin arasında 2013-cü ildə imzalanmış müqavilələrə əsasən, Çinin “nüvə çətiri” altındadır, bu sözləri baş nazir Fumio Kişida parlamentin aşağı palatasının komitəsində debat zamanı deyib.
-Ukraynanın “nüvə çətiri” ilə qorunub-mühafizə olunmaması sualına cavab olaraq deyim ki, Çin və Ukrayna arasında səmərəli əməkdaşlıq haqqında sazişlərdən xəbərdaram, – Kişida bildirib.
O əlavə edib ki, sazişdə Çinin Ukraynanın ərazisinə müdaxiləsi zamanı nüvə silahından istifadə təhlükəsi yarandığı halda ona qarşılıqlı təhlükəsizlik zəmanəti verməyə razı olduğu bildirilir.
Müqavilənin özü Ukraynanın o vaxtkı prezidenti Viktor Yanukoviçin Çinə səfəri zamanı, Çin tərəfdən isə Si Cinpin tərəfindən imzalanıb.
Şayəstə Hüseynova




