Moldovanın keçmiş prezidenti İqor Dodon bildirib ki, Rusiya ilə Moldova arasında münasibətlər çətin dövr yaşayır və münasibətlər heç vaxt bu qədər pis olmayıb.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, Dodon həmçinin ölkələrin yaxşı tərəfdaşlığa qayıdacaqlarına əminliyini ifadə edib.
“Mən bilirəm ki, həm rus xalqı, həm də Moldova xalqı dost olmaq istəyir”.
Qeyd edək ki, Moldova sakinlərinin Rusiya ilə iqtisadi, siyasi və mədəni əlaqələri davam etdirmək istəməsi faktı Marketinq İnstitutunun məlumatları və sosioloji sorğularla sübut olunur.
Yeganə





