Vəsaitlər kripto hücumları sayəsində oğurlanıb.
Elchi.az xəbər verir ki, beş il ərzində Şimali Koreyalı hakerlər kripto hücumları vasitəsilə 3 milyard dollardan çox pul oğurlaya biliblər, bu barədə “The Wall Street Journal” Chainalysis blokçeyn analitiklərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, oğurlanmış vəsaitin təxminən yarısı KXDR-in raket proqramının maliyyələşdirilməsinə sərf edilib.
Qeyd olunur ki, haker hücumlarının “əsl artımı” 2022-ci ildə qeyd edilib və böyük vəsaitlərin saxlanıldığı bütün dünyada mərkəzi kripto infrastrukturuna, o cümlədən blokçeyn oyunlarının tərtibatçısı Sky Mavis-ə qarşı yönəlib. Sky Mavis-dən 600 milyon dollardan çox pul oğurlanıb, vəsait isə LinkedIn vasitəsilə şirkətin iş axtaran işçilərindən biri ilə əlaqə saxlanılaraq oğurlanıb.
Şayəstə Hüseynova





