Paris meriyasının nəzdində siçovullarla bağlı problemlərlə məşğul olmaq üçün işçi qrup yaradılıb. İşçi qrup gəmiricilərin şəhərin hər yerində olmasına baxmayaraq, parislilərin həyat şəraitini yaxşılaşdırmağın yollarını tapacaq.
Elchi.az News.am-a istinadən bildirir ki, bu barədə “CNEWS” telekanalı xəbər verir.
Paris merinin səhiyyə məsələləri üzrə müavini An Suiri telekanalın efirində vurğulayıb ki, qrup siçovulların yayılması ilə mübarizə üçün iddialı plan hazırlamalıdır. Bunun həyata keçirilməsi üçün minlərlə yeni zibil qutuları alınacaq, zəruri hallarda zəhərlə dolu tələlər quraşdırılacaq.
Yaradılan qrup Paris sakinlərinə təsir etmək üçün vasitələr də hazırlamalıdır. Suirinin qeyd etdiyi kimi, siçovullar ictimai sağlamlıq problemi deyil, baxmayaraq ki, onlar əsasən peyvənd oluna bilən zibil yığanları təhdid edən leptospirozun daşıyıcısı hesab olunurlar.
Bələdiyyənin gəldiyi qənaət heyvanların mühafizəsi ilə məşğul olan və o vaxta qədər gəmiricilərə qarşı ölümsüz mübarizə üsullarının tərəfdarı olan qeyri-hökumət təşkilatları tərəfindən müsbət qarşılanıb.
Yeganə






