"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dünya İŞİD-ə qarşı: azərbaycanlı komandan edam olundu

20 Yanvar 2015 - 09:17
in DÜNYA

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

img1726947Avropa Birliyinin xarici işlər nazirləri Brüsseldə toplaşdı; Suriyada öldürülən azərbaycanlı vəhhabilərin böyük əksəriyyəti Sumqayıt sakinidir; Azərbaycan antiterror koalisiyasına nə vaxt qoşulacaq?

Avropa Birliyinin xarici işlər nazirləri yanvarın 19-da Brüsseldə Avropada artan terror təhlükəsi ilə bağlı bir araya gəliblər. Brüssel müzakirələri Belçika, Fransa və Almaniyada keçirilən reydlər nəticəsində 20 nəfər radikalın həbsindən sonraya və bütün Avropanın həyəcan içində olduğu bir vaxta təsadüf edir.

İtaliyada nəşr olunan “La Respublika” qəzeti yazır ki, Avropada terror təşkilatlarına qoşulanlar sırasında toplantının keçirildiyi Belçika liderlik edir.
Bu faktı Avropanın xüsusi xidmət orqanlarının statistikası da təsdiq edir. Xatırladaq ki, Paris hadisələrindən sonra Brüsseldə terror aktı planlaşdıranların iki İŞİD üzvü öldürülüb, biri isə saxlanılıb. Terrorçuların planlarına görə, onlar Belçikada “ikinci Paris”  “yaratmaq” istəyirmişlər. Belçika hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar nəticəsində terrorçulardan  onlardan silah, partladıcı maddələr, İraq və Suriyada vuruşan radikal “İslam dövləti”nə məxsus bir neçə bayraq aşkar edilərək götürülüb. Onu da qeyd edək ki, Belçika parlamenti ötən ilin sentyabrında İŞİD-ə qarşı koalisiyaya qoşulmağa səs verib. Qanunvericilərin əksəriyyəti hərbi hava qüvvələrinin İŞİD silahlılarının mövqelərinə aviazərbələr endirməsinə razılıq veriblər.
Azərbaycanın da son aylar İŞİD əleyhinə koalisiyaya qoşulması ilə bağlı ölkə daxilində çağırışlar artmaqdadır. Çünki İŞİD-in bəyanatlarında bir neçə dəfə Azərbaycan da hədəf kimi göstərilib. Üstəlik, Azərbaycanda da bu terror təşkilatına qoşulanlar var. “Yeni Müsavat” bir müddət əvvəl MTN, DİN və Respublika Prokurorluğunda şərti olaraq “anti-İŞİD” adlandırılan birgə qrupun yaradılması barədə məlumat dərc etmişdi. Həmin məlumatda bildirilirdi ki, MTN-in Antiterror İdarəsi koordinasiya ilə Bakıda və digər bölgələrdə müxtəlif dini cərəyanlarla təmasları olan şəxsləri, eləcə də onların çevrələrini ciddi nəzarətə alıb. Rəsmilər “anti-İŞİD” qrupunun yaradılması ilə bağlı xəbərləri nə təsdiq, nə də təkzib etsə də, milli maraqları təhdid edən istənilən təhlükəni önləmək üçün zəruri addımların atıldığını bəyan etmişdilər. Son aylar MTN-in keçirdiyi əməliyyat nəticəsində 30-dək adam həbs edilib ki, onlara təkcə silahlı birləşmələr yaratmaqda deyil, eləcə də onların fəaliyyətində iştirak etmə, silahla, partlayıcı maddələrlə, hətta hərbi texnika ilə təmin etmə kimi ağır ittihamlar verilib. Rəsmi məlumatlardan belə aydın olur ki, həbs edilənlər  təkcə İŞİD-in deyil, “Təhriki Taliban” və “Seyfullah” kimi radikal dini qruplaşmaların tərkibində döyüşənlərdir.
Suriya və İraqa döyüşməyə gedən təkfirçi qrupların  Sumqayıtda təşkilatlanması barədə məlumatlar Azərbaycanın bu məsələdə daha sərt mövqe sərgiləməsini tələb edir. Təsadüfi deyil ki, Suriyada öldürülən azərbaycanlı vəhhabilərin böyük əksəriyyəti Sumqayıt sakinidir.
Türkiyənin “Yeni Çağ” qəzeti ötən həftə İŞİD-in Azərbaycanda fəaliyyətini gücləndirdiyinə dair məqalə dərc edib. Azərbaycanda bəzi politoloqlar belə hesab edir ki, ölkəmiz İŞİD əleyhinə koalisiyaya aktiv üzv kimi olmasa da, belə bir kampaniyaya qoşulacaq. Xəbərlərə görə, Azərbaycan hakimiyyətində də artan İŞİD təhlükəsi ilə bağlı narahatlıq var və artıq hökumət içində bu istiqamətdə müzakirələr gedir. Aydındır ki,  Azərbaycanın Avropa Birliyi və ABŞ kimi aktiv hərbi əməliyyatlara qoşulacağı real deyil. Amma Azərbaycan təhlükəsizlik, kəşfiyyat sahəsində koalisiya ilə geniş əməkdaşlıq edə bilər. Məlumat üçün deyək ki, Gürcüstana artıq belə təklif edilib. Azərbaycan Əfqanıstan və İraq koalisiyasında iştirak edib və bu istiqamətdə təcrübəsi var.
***
Bu arada İŞİD-in azərbaycanlı komandirlərindən birinin edam edilməsi barədə xəbər yayılıb. “Timetürk” saytının  verdiyi məlumata görə, Sirac Azəri adlı azərbaycanlı komandir “agent” olması səbəbi ilə edam edilib.
S.Azərinin Sumqayıt şəhərindən olduğu və uzun müddət Əfqanıstanda vuruşduğu, daha sonra isə Suriyaya gələrək İŞİD sıralarında döyüşdüyü bildirilir. Qeyd edək ki, ötən ilin sonunda İŞİD-in Suriyanın ər-Riqqa əyaləti ərazisində fəaliyyət göstərən azərbaycanlı olan dörd üzvü silahlı üsyana cəhd etmək, qaçmaq, təşkilat üzvlərini qətlə yetirmək, hətta quldurbaşı lider Əbu Bəkr əl-Bağdadiyə itaətsizlikdə təqsirləndirilərək edam ediliblər.
Yeri gəlmişkən,  bir neçə ay əvvəl Kobanidə bombardman nəticəsində İŞİD-in əslən azərbaycanlı, Qafqaz  üzrə  komandiri Rövşən Bədəlov da öldürülüb. Tabeçiliyindəki 25 nəfərlə birlikdə həyatını itirən  “Xalid Azəri” ləqəbli Rövşən Bədəlov Tərtər rayonundandır. O, 2001-ci ildə  çeçen mücahidlərinə qoşularaq  Pankisi dərəsində ruslara qarşı vuruşub. 2002-ci ildə Pankisidə yaratdığı “Qarabağ partizanları” adlı qrupla Azərbaycana keçərək ermənilərlə vuruşmaq istəsə də həbs edilmiş və 10 il məhbəs həyatı yaşamışdı.
2013-cü ildə həbsdən çıxan R.Bədəlov bir ay Azərbaycanda qaldıqdan sonra Suriyaya keçərək aralarında azərbaycanlıların da olduğu qafqazlılardan ibarət olan “Tabu”  adlı bir qrup yaradıb. Daha sonra öz qrupu ilə birlikdə İŞİD-in tərəfinə keçib.
Məlumatlara görə, İraqda döyüşən İŞİD-in “Qafqaz əmirliyi” əsasən çeçenləri və azərbaycanlıları özündə birləşdirir. “Qafqaz əmirliyi”ndə say baxımından iki böyük camaat var: azəri və çeçen camaatı. İŞİD-in tərkibində döyüşən azərbaycanlıların böyük əksəriyyəti isə terrorçu təşkilatın Suriya qolunda təmsil olunurlar.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Gümrüdə rus hərbçinin yaraladığı balaca erməni də öldü

Next Post

Hövsanı bir cümlə qarışdırdı: 21 yaşlı gənc öldü

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Hövsanı bir cümlə qarışdırdı: 21 yaşlı gənc öldü

Şəhidlər yad edildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.