Uzun illər Hollivudda bir çox irili-xırdalı prodüserlərdə rol alan “Treat Williams” yol qəzası nəticəsində dünyasını dəyişib.
Elchi.az xəbər verir ki, ABŞ aktyoru “Treat Williams” lüks ferması yaxınlığında baş verən yol qəzası nəticəsində dünyasını dəyişib.
Məşhur aktyorun qəzadan cəmi 7 saat əvvəl fermasından bu kadrı İnstaqramda paylaşdığı görülüb.
ABŞ-ın Vermont ştatında fermasının yaxınlığında motosikleti idarə edən Williams dayanacağa daxil olmaq istəyən avtomobillə toqquşub.
Vasitənin ani manevri qarşısında aciz qalan “Williams”ın qəzadan sonra təcili yardım helikopteri ilə Nyu Yorka aparıldığı, orada edilən müdaxilələrə baxmayaraq xilas edilə bilmədiyi bildirilib.
Qəza zamanı dəbilqə taxdığı bildirilən Uilyamsın motosikletindən uçduğu da bildirilib. “Williams”-ı vuran avtomobilin sahibi Ryan Kossun qəzadan yüngül xəsarətlərlə xilas olduğu açıqlanarkən, hadisə ilə bağlı istintaqın davam etdiyi bildirilib.
Nuranə Məmmədova





