NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, İsveç artıq iyul ayında, Vilnüs sammitində alyansın sıralarına qoşula bilər.
Elchi.az News.am-a istinadən xəbər verir ki, o, bu barədə “PBS” telekanalına müsahibəsində bildirib.
“Mən əminəm ki, İsveç NATO-nun tamhüquqlu üzvü olacaq. Və ola bilsin ki, bu, gələn ay-11-12 iyulda NATO-nun Vilnüs sammitində baş verəcək, amma mən buna zəmanət verə bilmərəm”, – deyə baş katib bildirib.
Onun sözlərinə görə, İsveç NATO tərəfdaşı statusu alaraq təşkilata getdikcə inteqrasiya olunur, lakin tam ratifikasiya lazımdır. Stoltenberq qeyd edib ki, İsveçin ən qısa zamanda Şimali Atlantika Alyansına üzv olması üçün bütün səylər göstərilir.
Yeganə




