Suriyanın şimal-şərqində vertolyotun qəzaya uğraması nəticəsində 22 amerikalı əsgərin yaralandığı, səbəbi hələ müəyyən edilmədiyi açıqlanıb.
Elchi.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən yazılı açıqlamada, Suriyanın şimal-şərqində helikopterin qəzaya uğraması nəticəsində 22 ABŞ əsgərinin müxtəlif dərəcədə yaralandığı bildirilib.
Bildirilib ki, xəsarət alan əsgərlərə tibbi yardım göstərilib, onlardan 10-u “CENTCOM”-dan kənarda yerləşən “reanimasiya müəssisələrinə” yerləşdirilib.
Qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edərkən helikopterin hər hansı “düşmən atəşi” nəticəsində qəzaya uğramadığı bildirilib.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
Nuranə Məmmədova






