Afrikanın cənubunda yerləşən Zimbabve dünya ölkələrinin əsasən iqtisadi şərtlərlə qiymətləndirildiyi “Bədbəxtlik indeksi”nin əks-reytinqini dərc edib.
Elchi.az-ın Amrenpress.am-a istinadən xəbərinə görə, siyahıda müharibədən əziyyət çəkən Ukrayna 8-ci, Venesuela 2-ci, Suriya isə 3-cü yerdədir.
Müharibədən əziyyət çəkən Sudan siyahıda 5-ci, Böyük Britaniya 129-cu yerdədir. 157 ölkənin yer aldığı siyahıda Rusiya 79-cu yeri tutub.
Siyahıya əsasən, ən bədbəxt ölkələr bunlardır: Zimbabve, Venesuela, Suriya, Livan, Sudan, Argentina, Yəmən, Ukrayna, Kuba, Türkiyə.
Ermənistan 157 ölkə arasında 75-ci yerdədir. Türkiyə 10-cu, İran 19-cu, Gürcüstan 36-cı yerdədir.
Yeganə




