ABŞ-da Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi Vaşinqton administrasiyası ilə münasibətlərinə görə Çin tərəfindən tənqid edilən Cənubi Koreyanın öz xarici siyasət qərarlarını vermək hüququna malik suveren bir dövlət olduğunu bildirib.
Elchi.az xəbər verir ki, ABŞ-da Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Kirbi Cənubi Koreyanı ABŞ-ın tərəfində olmaqda ittiham edən Çinin Seuldakı səfiri Şinq Hayminq haqqında qiymətləndirmələr edib.
Kirbi bildirib ki, çinli diplomat Seula təzyiq göstərməyə cəhd edə bilər.
Cənubi Koreyanın “suveren, müstəqil dövlət və fövqəladə müttəfiq” olduğunu vurğulayan Kirbi, Seul rəhbərliyinin “uyğun gördüyü xarici siyasət qərarlarını vermək hüququna malik olduğunu” vurğuladı.
Kirbi əlavə edib ki, ABŞ Ukraynaya verdiyi dəstəyə görə Cənubi Koreyaya xüsusilə minnətdardır.
Şayəstə Hüseynova





