Amerikalı milyarder İlon Mask Almaniyanın “Leopard 2” tanklarının APU-nun itkilərini qiymətləndirib.
Elchi.az Vesti.ru-ya istinadən bildirir ki, Maskın sözlərinə görə, “Leopard 2” tankları tank əleyhinə silahlara və minalara qarşı həssasdır.
O, bu barədə o, Tvitterdə yazıb. Sosial şəbəkə istifadəçilərindən biri Ukraynanın xarici işlər naziri Andriy Melnikin Almaniyadan “Leopard 2″-nin tədarükünü artırmağı tələb edən bəyanatına münasibət bildirib.
“Son günlərdə Tvitterdə yayılan videolara baxsaq, onlar parça-parça edilir”,-deyə istifadəçi yazıb. İstifadəçi həmçinin təklif edib ki, Ukrayna Silahlı Qüvvələri tanklardan istifadə etmək üçün kifayət qədər hazırlıqlı olmayıb və mümkün yeni tədarüklər boşa çıxacaq.
“Azsaylı tanklar tank əleyhinə silahlar və minalar tərəfindən asanlıqla məhv edilir. Yaxşı olar ki, çoxlu tank olsun, ya da ümumiyyətlə olmasın”, – Mask cavab olaraq yazıb.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Finlandiya tərəfindən təhvil verilən “Leopard” tanklarının yarısını itirib. Həmçinin, bir neçə gün ərzində Kiyev 16 amerikan “Bradley” piyada döyüş maşını və nadir Britaniya “Stormer” hava hücumundan müdafiə sistemini itirib.
Yeganə




