Həmçinin, onun sözlərinə görə, ötən gecə Rusiya Silahlı Qüvvələri Dnepropetrovsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin bölmələrinə hücum edib.
Elchi.az xəbər verir ki, “Biz Rusiya ilə birlikdəyik” ictimai hərəkatının rəhbəri Vladimir Roqov bildirib ki, Rusiya ordusu Zaporojye istiqamətində Ukrayna Silahlı Qüvvələrinin qruplaşmalarına qabaqlayıcı zərbələr endirib.
“Dünən gecə raketlər və pilotsuz təyyarələr Zaporojye istiqamətində Ukrayna qoşunlarının ehtiyatlarına hücum edib”, – Roqov bildirib.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Dnepropetrovsk vilayətində, eləcə də Zaporojye vilayətinin Kiyevin nəzarətində olan hissəsində Ukrayna bölmələrinə zərbələr endirib.
Şayəstə Hüseynova




