Hindistanın Cammu və Kəşmir bölgəsində 5,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Pakistanda da hiss olunub.
Elchi.az xəbər verir ki, Hindistan Seysmoloji Mərkəzinin məlumatına görə, Cammu və Kəşmirin Doda bölgəsində 5,4 bal gücündə zəlzələ baş verib.
Yerli vaxtla saat 13:33-də 6 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra can və mal itkisi qeydə alınmayıb.
Digər tərəfdən zəlzələ Pakistanın Azad Cammu Kəşmir bölgəsi, Lahor, İslamabad və Pişəvər şəhərlərində də hiss olunub.
Nuranə Məmmədova





