Ukrayna Baş Qərargahının sözçüsü Andrey Kovalev Ukrayna ordusunun Berdyansk istiqamətində 1 kilometrə qədər irəlilədiyini bildirib.
Elchi.az xəbər verir ki, Kovalev Ukrayna Müdafiə Nazirliyinin Hərbi Mətbuat Mərkəzindən canlı yayımda Ukrayna ordusunun Zaporojye vilayətinin Berdyansk istiqamətində həyata keçirdiyi əks-hücum əməliyyatının nəticələrini dəyərləndirib.
Ukrayna qoşunlarının yuxarıda qeyd olunan istiqamətdə əks-hücum əməliyyatında uğur qazandığını bildirən Kovalev, “Ukrayna Silahlı Qüvvələrinə aid hücum bölmələrimiz həyata keçirdikləri hücum əməliyyatları zamanı Berdyansk istiqamətində 500 metrdən 1 kilometrə qədər irəliləyib. Nəzarət altında olan ərazi 3 kilometrə qədər artıb” dedi.
Şayəstə Hüseynova




