"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərbaycan” qəzetinin çapı dayandırıla bilər

13 İyun 2023 - 13:42
in CƏMİYYƏT

“Azərbaycan” qəzetinin çapı dayandırıla bilər.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elchi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov iyunun 13-də parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün “Azərbaycan” qəzetinə abunə olanların sayı azalıb:

“Hazırda abunə təxminən 5 minə yaxındır. Halbuki 12 mindən yuxarı olduqda səmərə verir. Əgər heç bir dəstək olmasa, qəzetin çapı dayandırılacaq. Çünki Milli Məclisin “Dövlət satınalmaları haqqında” qanunda dəyişikliklər etməsi ilə reklam bazarı üzümüzə bağlandı. Dünya praktikasına görə, qəzetlər öz yaşayışlarının 75 %-ni reklam, 25 %-ni isə satış gəlirlərindən formalaşdırırlar. İndi bütün bunlar bizim üçün demək olar ki, yox dərəcəsindədir. Ötən il müraciətimiz əsasında bizə əvvəlki illə birgə 800 min manat həcmində birdəfəlik yardım göstərildi. Lakin bu da yetərli olmadı. Bu il qəzetin yaşadılması üçün Milli Məclisə müraciət etdim, verilən cavabdan bəlli oldu ki, heç bir yardım mümkün deyil. Halbuki Milli Məclisin təsdiqlədiyi nizamnaməmizin müvafiq bəndinə əsasən, qəzetin maliyyə və texniki təchizat məsələləri parlament tərəfindən həll olunur. Artıq qəzetimiz öz əməkdaşlarının əməkhaqqını verə bilmir. Çünki hər il ən azı 1,5 milyon manat sistemli maliyyə yardımı göstərilməlidir. Əks təqdirdə qəzetin çapı dayandırılacaq. Redaksiyamızda 65 yaradıcı və texniki heyət çalışır. Qəzetin çapının dayandırılacağı təqdirdə onların aidiyyəti qurumlarda yerləşdirilməsini xahiş edirəm”.

Milli Məclisin spikeri Sahibə Qafarova isə Bəxtiyar Sadıqova cavab olaraq bildirib ki, Milli Məclis son üç ildə hər zaman qəzetə dəstək olub:

“Siz iş prosesini zamanın tələblərinə uyğun qurmalısınız. Aidiyyəti qurumlar da sizinlə danışıblar. Düşünürəm ki, səsləndirdiyiniz təklifləri də həyata keçirmək lazımdır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“FETÖ”-nün gizli təşkilatına qarşı əməliyyat: 25 həbs

Next Post

Əliyevdən Ərdoğana: Sizi Azərbaycanda çox sevirlər

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Əliyevdən Ərdoğana: Sizi Azərbaycanda çox sevirlər

Əliyevdən Ərdoğana: Sizi Azərbaycanda çox sevirlər

Veteranlara verilən müavinət artırılsın – Deputat

Veteranlara verilən müavinət artırılsın – Deputat

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.