Almaniya hakimiyyəti yaralı ukraynalı əsgərlərin müalicəsi üçün pul ödəmək vədlərini heç də həmişə yerinə yetirmir.
Elchi.az Mk.ru-ya istinadən bildirir ki, bu barədə “Politico” Almaniya Səhiyyə Nazirliyinin sənədlərinə əsasən yazır.
Nəşrin yazdığına görə, müalicə xərclərini çox vaxt əsgərlər özləri və ya qeyri-kommersiya təşkilatları ödəməlidir. Eyni zamanda, alman hakimiyyəti ukraynalılara dərmana pulsuz və sürətli çıxış vəd edib.
“Bəzi rayonlarda təcili tibbi yardımın təşkili və maliyyələşdirilməsini özəl qruplar öz üzərinə götürmək məcburiyyətində qalıb”, – jurnalistlər qeyd edirlər.
Üstəlik, bürokratik yoxlamalar ucbatından müalicə prosesi ləng gedir. Anonimlik şərti ilə Berlindən olan həkim, amputasiyaya ehtiyacı olan bəzi yaralılara həftələrlə tibbi yardım göstərilmədiyini söyləyib.
Hökumət başçısı Olaf Şolts bildirib ki, Sosial Müdafiə Məcəlləsində nəzərdə tutulan ilkin şərtlər yerinə yetirildiyi təqdirdə müalicə xərcləri qarşılanır. Xərclərin ödənilməsi məsələsi ayrı-ayrılıqda həll edilir.
Yeganə





