Kral III Çarlz öz hakimiyyəti dövründə at belində ilk bayraq qaldırma mərasimində iştirak edəcək.
Elchi.az bu barədə Dailymail.co.uk-a istinadən xəbər verir.
Britaniya monarxı 30 ildən artıq müddətdə ilk dəfə olaraq hər il Londonda keçirilən və bayraq qaldırma mərasimi və Böyük Britaniya monarxının ad gününün rəsmi qeyd olunmasını özündə əks etdirən “Trooping the Color” paradında at belində iştirak edəcək.
Xatırladaq ki, Kraliça II Yelizaveta sonuncu dəfə 1986-cı ildə at belində paradda iştirak edib. Parad iyunun 17-də baş tutacaq və “Mall Street”-dən keçərək “Bukingem” sarayından Londonun mərkəzindəki “Uaythall” meydanına qədər baş tutacaq. III Çarlz kral atəşfəşanlığı ilə qarşılanacaq. Sonra kral ingilis ordusunun alaylarının qarşısından keçəcək.
Monarxa Kraliça Kamilla və kral ailəsinin üzvləri qatılacaq. Paraddan sonra Britaniya kral ailəsinin üzvləri “Bukingem” sarayının eyvanına qalxaraq izdihamı qarşılayacaq və London üzərində uçuşlarını seyr edəcəklər.
Yeganə





