"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yarımçıq uşaqlıq

20 Yanvar 2015 - 21:43
in KÖŞƏ YAZILARI

Mahir RÜSTƏMLİ116

 

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Mənim uğaqlığım məhz həmin gün – yanvarın 20-də bitdi.Səhəri dəhşətli “Bakıda adamları qırıblar” xəbəri ilə açanda…

Sonra məktəbə getdik. Təbii ki, dərsə girməkdən söhbət gedə bilməzdi, qəzəbdən az qala bağrımız çatlayırdı. Bizlər – 7-8-ci siniflərdə oxuyan uşaqlar hansısa həyətdən bir it tapdıq, Qorbaçovun şəklini və pioner qalstukunu o itin boynuna bağlayıb, kəndi gəzdirməyə başladıq. Artıq hər məktəbli bir daha SSRİ adlı ölkənin vətəndaşı ola bilməyəcəyini, uzun illər ərzində yalan-palan dünyasında yaşadığını, paradda gördüyü o möhtəşəm silahların əslində uşaqlığına atılmaq üçün nəzərdə tutulduğunu anlayırdı. Gücsüzlükdən yanıb-yaxılırdıq, partiya biletini məktəbin qabağındakı tonqala atmayanlara, onların övladlarına pis baxırdıq. Bir sözlə, həzin, maraqlı uşaqlıq illəri əldən getmişdi və itki nə qədər böyük olsa da, biz onunla barışmalıydıq…
Yaxşı yadımdadı, “Səhər”in o məşhur sayı əlimə keçən kimi şəhidlərin siyahısına baxdım. O siyahıda uşaqlığı mənəvi yox, artıq fiziki cəhətdən də bitən yaşıdlarım – İlqarla Larisa da vardı. Sonradan bildim ki, İlqar mitinqçilərin tonqalına odun aparıbmış, qayıdanda vurublar, Larisa isə atası ilə birgə gülləyə tuş gəlib. Şəhidlər arasında ən kiçiklər elə 76-da doğulanlar, mənim yaşıdlarım idi…
İlqar və Larisa ilə birgə uşaqlığım da öldü. Əvvəlki adam olmadığımı, bir günün içində ən azı iki-üç il yaşlaşdığımı hər addımda hiss edirdim. Məni həyata bağlayan ən maraqlı məşğuliyyətlərdən birinə – futbola həvəsim ölmüşdü, böyük turnirlərdə, yoldaşlıq oyunlarında formasının önündə “SSSR” yazılan futbol, hokkey yığmalarına həvəslə azarkeşlik etdiyim günləri yada salır, sonra da Mirzə Xəzərin verilişində soydaşlarımın fəryad dolu səslərini eşidincə özümə nifrət edirdim. Əlbəttə, bir 7-ci sinif şagirdinin təfəkkürünün imkan verdiyi dərəcədə…
TV yox, qəzetlər yox, millət apatik durumda, təbii ki, folklor yaradıcılığı ən üst səviyyədə. O vaxt ölkənin cənubunun qəhrəmanları rəhmətlik Miralim Bəhramov, bir də Lənkəranda divan tutulan AXC üzvləri idi. Onların sorağı uzaq Yardımlıya da çatırdı, hətta vertolyotdan bizim yerlərə Miralim haqda vərəq də atmışdılar. Nəsə nağıl yazmışdılar. Nağıl dünyamızı dağıdanlar yeni nağıllar düzüb-qoşurdular…
İndi qızım Şəbnəm də 14 yaşın içindədi – o vaxtkı Mahirin, İlqarın və Larisanın yaşında. 25 il əvvəl yaşananlara onun gözü ilə baxmağa çalışıram, karusellərə, buz üstündə xizək sürməyə hədsiz marağını görəndə bəzən çaşıb qalıram, özümü “bu nədi, get dərsini oxu” deməkdən saxlaya bilmirəm. Amma sonra qəlbimin dərinliklərində uşağı anlayıram, ona haqq verirəm. Axı, mənim və yaşıdlarımın uşaqlığını əlindən alan 20 Yanvarı görməyib, onun uşaq dünyasına dünənə qədər vətən dediyi ölkənin tankı-topu, “avtomat”ı atəş açmayıb. Axı, İlhamla Fərizənin sevgi dastanının mahiyyətini anlamır. Axı, uşaqlığı yarımçıq qalmayıb…
Axı… Axı… Axı…

 

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

BİR QƏDƏR EKSPERİMENTAL, BİR QƏDƏR DƏ İNTELLEKTUAL

Next Post

“Ermənilərlə rusların münasibəti itin öz quyruğunu idarə etməsinə bənzəyir”-FOTOLAR

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

“Ermənilərlə rusların münasibəti itin öz quyruğunu idarə etməsinə bənzəyir”-FOTOLAR

“Dostoyevski yaşasaydı, ona yenə də əfv ərizəsi yazdırardılar” - Asılmamış portret

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.