Fransa prezidenti Emmanuel Makron Cənubi Afrika Respublikasından olan həmkarı Siril Ramafosadan ona Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək BRİKS sammitində iştirak etmək imkanı verməsini istəyib. Elchi.az xəbər verir ki, bu barədə “LOpinion” yazır.
“Bu ehtimal Makronun iyunun 3-də Ramafosa ilə telefon danışığı zamanı müzakirə edilib”, – Fransa nəşri Yelisey sarayındakı mənbələrə istinadən yazır.
Bundan əvvəl Cənubi Afrika Beynəlxalq Cinayət Məhkəməsinin orderinə görə Rusiya prezidenti Vladimir Putini sammitə dəvət etməkdən imtina etmişdi.
Havar Şəfiyeva




