"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərbaycanda İranın yaratdığı onlarla sayt var, niyə İranı yamsılamalıyıq?”

27 İyul 2014 - 14:43
in CƏMİYYƏT MANŞET

“Dini fikirlərimə görə mənə qarşı heç bir təhdid olmayıb. Əgər hər hansı təhdid və təzyiqlə üz-üzə qalarıqsa,1385805426fazil__mustafaedfedfd buna qarşı mübarizənin də hüquqi qaydaları var”. Bunu Modern.az-a Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa din mövqeyindən danışarkən deyib.

Dinlə bağlı statuslarına gəlincə, deputat Facebook səhifəsində ayrı-ayrı şəxslərə münasibət bildirib: 

“Bayram namazının qılınması ilə bağlı vaxtın təyin olunmasında hamının nəzərə alınmasını istəyirəm. Digər tərəfdən, ağılla bağlı öz fikirlərimi açıqlamışam. Əhli-sünnəni birinci qabağa salmışam. Çox maraqlıdır ki, saytlardan biri buna sırf İran mövqeyindən yanaşaraq, təbliğ edir. Dövlətçiliyimiz üçün çalışdığımıza görə hər hansı bir təhdid və təzyiq bizi durdura bilməz. Biz müstəqil dövlətik. Niyə hansısa dövləti kopyalamalıyıq. İran bizə qonşu dövlətdir. Qonşu dövlət kimi də sayğı göstəririk. İran həm də Ermənistana dəstək verən ölkədir. 

Biz İran dövlətini təkrarlamamalıyıq. Bizdə öz ölkəsinin marağına xidmət edən Mübariz İbrahimov kimi qəhrəmanımız var. 

Azərbaycan şiəsi olaraq hansısa dövlətə bağlı deyildir. Sadəcə, gedib vətən uğrunda şəhid oldu. Vətən uğrunda şəhid olacaq, vətən uğrunda mübarizə aparacaq minlərlə Azərbaycan şiəsi var. Biz bunların qəlbinə dəyən söz söyləmirik ki?! Sadəcə olaraq, görürük ki, Azərbaycanda başqa ölkələrin marağına xidmət edən insanlar var. Bunu da başqaları dərhal ümumi bir fraza olaraq götürürlər. 

Yəni Azərbaycanda yüzlərlə ibadət əhli olan insanlar var. Onlar İrandan təlimat almırlar ki? Amma on minlərlə insan var ki, İrandan təlimat alır. Söhbət bundan gedir. Ona görə də bizə hər hansı bir şəkildə təzyiq olsa da, vətəndaş mövqeyimizi sonuna qədər müdafiə etməyi düşünürük”.

Fazil Mustafa Azərbaycanda bəzi İran meylli saytların olmasına da diqqət çəkib. “Azərbaycanda bəzi saytlar açıq-aşkar İranın maraqlarını təmsil edir. Hətta bəzi saytların İran mövqeyindən çıxış etməsinin qarşısını almaq üçün hüquqi yollarını düşünürəm. Bəlkə müvafiq qurumlara da həmin saytlarla bağlı müraciət etdim. 

Azərbaycanda İranın yaratdığı onlarla sayt var. Hətta gözləmədiyim bəzi saytlar da tam İranın mövqeyinə xidmət edir. Mən açıqlama verirəm, yerləşdirmir. Amma mənə verilən cavabı dərhal İran adından yerləşdirir. Jurnalistikada belə yanaşmamı olar?! Fikirlərimi yerləşdirmədən niyə başqasının mənə verdiyi cavabı yerləşdirirsən?! Bu, çox ciddi məsələdir. Hətta populyar saytlardan biri bunu edib. 

Belə olmaz. Azərbaycanın marağını düşünürüksə, başqa dövlətin ölkəmiz üzərində təsirə malik olmasına yol verməməliyik. Söhbət Türkiyəyə bağlılıqdan getmir. Bütün dünya ölkələri necədirsə, biz də o yolla gedək. Niyə hər dəfə İranı yamsılamalıyıq. Burda bundan söhbət gedir. Şeyx Allahşükür Paşazadə ilə də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışanlarla da normal münasibətim var. 

Mən kimisə tənqid etmirəm. Sadəcə, yanaşmanın doğru olmadığını söyləyirəm. Dünya müsəlmanları ilə həmrəy olduğumuzu göstərən addımlar atılmalıdır. İranla Azərbaycanın həmrəy olması İran üçün böyük təbliğatdır. İrana bağlı insanlara imkan verib ayın 29-da bayramı qeyd etsin. Azərbaycana bağlı insanlar da 28-i bayramlarını qeyd etsinlər. Nə fərqi var? Hər kəsin hüququnu qorumaq lazımdır. Məsələyə bu baxımdan məsələyə yanaşılıb”.

Qeyd edək ki, deputat Fazil Mustafa şəxsi Facebook səhifəsində bayram namazının Azərbaycan və İranda iyulun 28-də qılınmasına etirazını bildirib. Deputat məsələyə ikinci dəfə daha fərqli münasibət bildirib: 

“Ağıl Allahın insana verdiyi ən böyük əmanətdir. Başqa heç bir məxluqa bu verilməyib. Ayələrin çoxusunda da, anlayın, ağlınızı işlədin deyə birbaşa insana tələb qoyulub. İnsanın axirətdə sorğulanmasının əsas səbəbi də bu əmanətlə bağlıdır. Bu əmanəti dağlar, göylər və yer götürməyib, insan cahillikdən götürüb, indi də yalnız insan etdiklərinə görə məsuliyyət daşıyır. Atdan, qoyundan, eşşəkdən , qurbağadan, ilandan belə bir tələb yoxdur.

İstər Əhli-Sünnə olsun, istər Əhli-Şiə, kim çıxıb söyləyirsə ki, mən ağlımı özüm işlətmirəm, öz şeyximə, müctəhidimə həvalə etmişəm, həmin zatlar nəyi söyləsə, onu da təqlid edəcəyəm, bu artıq yalnız ağıldan imtina deyil, adamlıqdan imtinadır. Yəni, məsuliyyəti özündən başqasına ötürməkdir. İslam, ağlını insanlıq üçün səmərəli istifadə edənlərin dinidir”. 

Deputatın bu statusunu bəzi KİV-lər şiələrə yönəlik kimi qiymətləndirilib. 

AzNews.az 

Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qətl törətmiş 18 yaşlı oğlan tutuldu

Next Post

Pentaqondan xəbərdarlıq : “HƏMAS ləğv edilsə, yerini İŞİD tutacaq…”

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

22 Fevral 2024 - 20:17

Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

02 Fevral 2024 - 10:20

  Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər...

Çin Rusiyanın gələcəyini açıqladı

Çin Rusiyanın gələcəyini açıqladı

11 Yanvar 2024 - 09:45

Çin əmindir ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyub saxlayacaq. Elchi.az “RİA...

Next Post

Pentaqondan xəbərdarlıq : “HƏMAS ləğv edilsə, yerini İŞİD tutacaq...”

Türkiyə İsraillə bağlı qərarını dəyişdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.