Avropa Komissiyasının Genişlənmə və Qonşuluq üzrə Baş Direktorluğu Serbiyaya 1,5 milyon avro ayırmaq niyyətindədir. Vəsaitlər ölkənin Avropa İttifaqı (Aİ) proqramlarında iştirakını dəstəkləmək üçün nəzərdə tutulub.
Elchi.az bu barədə Mk.ru-ya istinadən bildirir.
Bu müqavilənin məqsədi, sənədin mətninə əsasən, milli əlaqə nöqtələrinə, hakimiyyət orqanlarına və inzibati strukturlara dəstək vermək üçün Avropa fondlarının inkişafının səmərəliliyini artırmaqdır.
Söhbət müxtəlif sahələrdə – təhsil, səhiyyə, vergilərdən tutmuş mülki müdafiə və mediaya qədər proqramlardan gedir.
Yeganə





