Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qərb Hərbi Dairəsində yerləşən ixtisaslaşmış radiolokasiya stansiyasının ekipajlarının döyüş növbətçiliyinin təşkilini yoxlayıb.
Elchi.az-ın Vesti.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Stansiya kosmosa nəzarət sisteminin yeni elementidir və kiçik ölçülü kosmik obyektləri aşkarlamağa imkan verir.
Stansiyanı hazırlayan VKO Almaz-Antey Konserninin baş konstruktoru və baş direktorunun müavini Pavel Sozinovun qeyd etdiyi kimi, onun nə Rusiyada, nə də dünyada analoqu yoxdur.
Yeganə






