Kiyevin nəzarətində olan Xersonda partlayış səsləri eşidilib.
Elchi.az xəbər verir ki, bu barədə cümə axşamı, iyunun 15-də Telegram kanalında Ukraynanın “Klymenko Time” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə şahidləri şəhərin mərkəzində güclü partlayış olduğunu bildiriblər. Hadisə yerində tüstünün yüksəldiyi bildirilir. Xerson vilayətinin Kiyevin nəzarətində olan hissəsində hava xəbərdarlığı elan edilib.
Nuranə Məmmədova




