Qərbin Rusiya ilə enerji əməkdaşlığından imtina etməsi üçün Çinə təzyiq etməyə haqqı yoxdur.
Elchi.az xəbər verir ki, bu barədə Çinin “Global Times” nəşri məlumat yayıb .
Nəşrin məlumatına görə, enerji tərəfdaşlığı hər iki tərəfin ehtiyaclarını ödəyir və dünya ticarətinin qaydalarına uyğundur. “Əməkdaşlıq sazişinin ratifikasiyası, şübhəsiz ki, təbii qaz sahəsində Rusiya-Çin əməkdaşlığı üçün irəliyə doğru mühüm addımdır”, – ekspertlər vurğulayıblar.
Onlar Qərbin Çini Moskva ilə əməkdaşlığı dayandırmağa məcbur etmək cəhdlərini bəyan etdilər. Məqalə müəllifləri Qərbin Çinə təzyiq etmək hüququna malik olmadığına diqqət çəkiblər.
Moskva və Pekin Rusiyadan kömür tədarükünə dair yeni müqavilənin imzalanmasını müzakirə edir. Hazırda ölkələr arasında razılaşma danışıqlar mərhələsindədir.
Nuranə Məmmədova





