Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər NATO Müdafiə Nazirləri Toplantısında iştirak etmək üçün NATO Qərargahına gəlib.
Elchi.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısında iştirak etmək üçün NATO Baş Qərargahına gəlib.
Türkiyənin NATO yanında daimi nümayəndəsi səfir, Zeki Levent Gümrükçü, NATO-nun Türkiyə Hərbi Nümayəndəliyi Komitəsinin sədri general-leytenant Göksel Kahya və digər rəsmi şəxslərin qarşıladığı milli müdafiə naziri Yaşar Gülər, NATO-nun Daimi Nümayəndəliyi və NATO Türkiyə Hərbi Nümayəndəlik Komitəsini ziyarət edib.
Nuranə Məmmədova






