"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ərdoğanın mesajına İrəvan kimə güvənib “atəş” açdı?..

16 İyun 2023 - 09:13
in SİYASƏT

Ermənistanın Laçın postunda və Zəngilan istiqamətində təxribat hücumu eyni planın tərkib hissəsidir. Və əsas prosesin Zəngəzur dəhlizi ətrafında baş verdiyi görünür.
İrəvan Laçına post qoyulmasını Zəngəzur dəhlizində də eyni rejimin – sərhəd-keçid məntəqəsinin qurulması – tətbiq ediləcəyi prinsipinə görə qəbul etdi, lakin Bakı “Laçın dəhlizi”ndə istədiyinə nail olandan sonra Zəngəzur dəhlizi məsələsini arxa plana keçirmədi. Türkiyə və Rusiyanın bu məsələdə eyni mövqedən çıxış etməsi bizim əlimizi gücləndirən amildir.
Moskvada sonuncu görüşün nəticəsindən də belə görünür ki, İrəvana yalnız terminologiyadan imtina etmək vədi verilir: dəhliz ifadəsindən imtina olunur, lakin “maneəsiz keçid” təmin olunmalıdır; baş nazir müavinlərinin üçtərəfli görüşündə də bu mövqe dəyişməz qaldı;
Və Türkiyədə seçkilərin başa çatmasından sonra Ərdoğan Bakıya ilk səfərində Zəngəzur dəhlizi yenidən gündəmə gəldi, bunun reallaşması istiqamətində daha intensiv işləməklə bağlı müzakirələr aparıldı.
Bu situasiyada Ermənistan Laçında postu ləğv etmək və Zəngəzurdan “maneəsiz keçid” verməmək prioritetini seçib: indiyə qədər bunu ritorika ilə dilə gətirirdilərsə, görünür, artıq praktiki müstəvidə hərəkətə keçirlər;
Beynəlxalq müstəvidə Laçın postu ilə bağlı Bakıya təzyiq cəhdlərinin nəticə verməməsi fonunda atəşin açılmasının birdən çox hədəfi ola bilər:
– Postda indiyə qədər təmin edilən təhlükəsizlik şəraitini pozurlar;
– Təxribatla postda hərəkəti dayandırırlar: bu, Qarabağa kənar müdaxilənin qarşısını almaq baxımından Bakının istifadə edə biləcəyi amil olmaqla yanaşı, erməni əhalisinin postdan istifadəsinin arxa plana keçirilməsi baxımından Ermənistana, Rusiyaya və separatçılara sərf edən məqamdır, çünki ermənilərin postdan istifadəsi onlarla təmasların qurulmasına və təbii reinteqrasiyaya şərait yaradır;
– Postun bağlanmasını beynəlxalq müstəvidə Bakıya təzyiq üçün istifadə edə bilərlər: bu, İrəvana Zəngəzur dəhlizi ilə bağlı mövqeyini gücləndirmək, ruslara və separatçılara erməni əhalisi ilə azərbaycanlıların təmaslarının qarşısını almaq üçün lazımdır.
Laçın postunun atəşə tutulmasından sonra Zəngilanda – Zəngəzur dəhlizi istiqamətində təxribat hücumlarının da “dəhliz planı”na qarşı praktiki müstəvidə atılan addım olduğu bəllidir. Ötən ayın sonunda bu istiqamətdə erməni diversiya qrupunun hücumu da buna hesablanmışdı və hələ o zaman yazırdıq ki, bu, ordumuzun işğaldan azad edilmiş ərazilərdə mövqeləri ilə bağlı kəşfiyyat məlumatları toplamaq və mümkün təxribat hücumunda Ermənistanın zərbə endirmək planının tərkib hissəsi ola bilər.
Diqqətçəkən məqamlardan biri də Ərdoğanın Bakı səfərindən sonra Zəngəzur dəhlizinə problem yaradan ölkənin ölkənin İran olduğunu açıqlaması idi. Təxribat hücumlarında Rusiyanın maraqları olduğu kimi, İranın da bu və ya digər formada iştirakı istisna edilməməlidir.
Burada Rusiya ilə İranın maraqlarının uzlaşdığı və toqquşduğu məqamlar maraqlıdır: hər iki tərəfin Laçın postunda maraqları uzlaşır, Zəngəzur dəhlizində toqquşur; bölgədə İranın Ermənistana dəstəklə “dəhliz planı”nı təxirə salmaq istədiyi, Moskvanın isə Bakının adekvat addımlarının İrəvana “dərs olması” və rusların dayanacağı “maneəsiz keçid”in önünün açılacağı perspektivinə hesablanan mürəkkəb oyun gedir.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Millətlər Liqası: İspaniya finalda!

Next Post

Qarabağ qapandı. İndi sual budur: Zəngəzur kimindir?

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Qarabağ qapandı. İndi sual budur: Zəngəzur kimindir?

Qarabağ qapandı. İndi sual budur: Zəngəzur kimindir?

Kanadada yol qəzası: 15 ölü

Kanadada yol qəzası: 15 ölü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.