İngiltərənin cənubundakı Uayt adasında zirehli bədənə malik yeni dinozavr növü aşkar edilib. Fosil 145-66 milyon il əvvələ aid Wessex adlı fosil yerində tapılıb.
Elchi.az xəbər verir ki, yeni növ bitki yeyən ankilozavrlar qrupuna aid olan və 20 il Təbiət Tarixi Muzeyində işləyən professor Paul Barrettin şərəfinə Vectipelta Barretti adlandırılıb.
Bu, 1865-ci ildə kəşf edilmiş Polacanthus Foxii-dən sonra adada tapılan ikinci zirehli dinozavrdır.
Vectipelta Barretti, sələfi Polacanthus Foxii-dən fərqli boyun və arxa sümüklərə malikdir.
Təhlil Vectipelta Barretti-də daha çox zirehləri göstərir.
Mütəxəssislər bunun bəzi Çin ankilozavrları ilə yaxından əlaqəli olduğunu söyləyərək, onların erkən Təbaşir dövründə Asiya və Avropa arasında dolaşdıqlarını irəli sürürlər.
Təbiət Tarixi Muzeyinin tədqiqatçısı Stuart Pond, “Təxminən 142 il ərzində Uayt adasındakı bütün ankilozavr qalıqları Polacanthus Foxii növü idi” dedi.
“Bu vacib bir nümunədir, çünki Wessex formasiyasında və Erkən Təbaşir İngiltərəsində ankilozavr müxtəlifliyinə işıq salır.”
Araşdırma “Journal of Systematic Paleontology”də dərc olunub.
Şayəstə Hüseynova





