Zelenskinin sözlərinə görə, hazırda dünyada buna qadir insanlar yoxdur.
Elchi.az xəbər verir ki, NBC telekanalı bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukrayna münaqişəsini 24 saat ərzində həll edə biləcəyinə inanmır.
“Niyə bunu tez etmədi?” Zelenski televiziya kanalına müsahibəsində belə sual verib.
“Məncə, o bunu edə bilməzdi. Düşünürəm ki, bu gün dünyada Putinlə sadəcə danışıb münaqişəni dayandıra biləcək insanlar yoxdur”, – o əlavə edib.
Eyni zamanda, Zelenski etiraf edib ki, Ukraynaya hərbi yardımın kəsilməsini müdafiə edən siyasətçilər Kiyev üçün “böyük risk” yaradır, lakin o, müttəfiqlərin Ukrayna Silahlı Qüvvələrini dəstəkləməkdən imtina edəcəyinə inanmır.
Şayəstə Hüseynova





