İstənilən işdə uğur qazanmaq asan məsələ deyil. Xüsusilə insan öz qabiliyyətlərinə arxayın deyilsə, o, həmişə özünü yetərsiz hiss etməklə məşğuldur. Amma ekspertlərin fikrincə, bu kompleksin də müsbət tərəfləri var.
Elchi.az bildirir ki, psixoloq Anastasya Nikuluşkinanın Lenta.ru-ya verdiyi məlumata görə, “özünə meydan oxuma” sindromundan qurtulmağa dəyməz. Çünki bu sindrom karyera qurmaqda müttəfiqiniz ola bilər.
“Özünə meydan oxuma” sindromu daimi inamsızlıq, qarşıya qoyulan problemlərin insanın imkanlarını aşacağından qorxma vəziyyətidir. Bu sindrom şəxsi inkişaf üçün yaxşı bir motivasiya olacaqdır. “Mən zəifəm, özünə inamsızam, biliyim, bacarığım çatmır” kimi fikirlər öyrənmək və inkişaf etdirmək deməkdir. Əgər bu şüurunuz varsa, artıq uğura gedən yoldasınız.
Öyrənmək isə yeni imkanlar, yeni tanışlıqlar, əlaqələrdir ki, bu da mütləq özünü təkmilləşdirməyə kömək edəcək.
Yeganə






