“Gələcəkdə Rusiya ilə Avropanın münasibətləri müəyyən razılaşmalar və konsensusa əsaslanmalıdır. Ukraynadakı hazırkı münaqişənin nəticələrindən sonra belə bir nəticə mümkündür”.
Elchi.az Bloomberg.com-a istinadən bildirir ki, bu fikirləri ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib.
“Mən istərdim ki, Rusiya Avropa ilə münasibətlərinin müəyyən razılaşmalara və bir növ konsensusa əsaslandığını qəbul etsin. İnanıram ki, bu müharibə düzgün başa çatsa, belə bir nəticəni mümkün edəcək”, – deyə o, bildirib.
Kissincerin sözlərinə görə, Ukraynadakı münaqişə tərəflərinin onu diplomatik yolla necə bitirmək barədə düşünməyə başlaması daha çox vacibdir. Eyni zamanda, o, qeyd edib ki, Rusiyanın zəifləməsi narazı acizlik vəziyyətinə çatmasına imkan verilməməlidir, çünki bu, yeni gərginliklərə səbəb olacaq.
Yeganə




