Finlandiyada yeddi həftəlik danışıqlardan sonra dörd partiya baş nazir Peteri Orpo ilə koalisiya hökumətinin yaradılması barədə razılığa gəlib.
Elchi.az bu barədə Reuters.com-a istinadən bildirir.
Yeni kabinetin tərkibinin, eləcə də onun planının bu gün açıqlanacağı gözlənilir. Bəzi kütləvi informasiya vasitələrinə görə, bu hökumət İkinci Dünya Müharibəsindən sonra Finlandiyanın ən qanuni hökuməti olacaq. Onun tərkibinə lideri Orpo olan mühafizəkar Milli Koalisiya Partiyasından əlavə, sağçı populist “Əsl Finlər” partiyası, İsveç Xalq Partiyası və “Xristian Demokratlar”ın da daxil ediləcəyi qeyd edilir. Üstəlik, hökumətdə heç bir solçu partiya təmsil olunmayacaq.
Peteri Orpo Finlandiyanın baş naziri postunda apreldə istefa verən Sosial Demokrat Partiyasının nümayəndəsi Sanna Marini əvəz edəcək. Marin koronavirus pandemiyasına qarşı uğurlu mübarizəsi və Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra yeritdiyi siyasət sayəsində əhali arasında populyar idi, lakin buna baxmayaraq, onun partiyası son parlament seçkilərində məğlub oldu. Yeni hökumətin əsas vəzifələrindən birinin dövlət borcunun azaldılması olacağı gözlənilir.
Yeganə






