İsveç Ukraynaya 12-ci hərbi yardım paketi çərçivəsində ukraynalı pilotlara İsveçin Jas 39 Gripen qırıcılarını idarə etmək üçün təlim keçəcək. Elchi.az xəbər verir ki, bu barədə İsveç hökumətinin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.
İsveç Nazirlər Kabinetinin Ukraynalı pilotların və aviasiya heyətinin hazırlanması ilə bağlı müvafiq qərarı Ukrayna Silahlı Qüvvələrinin hərbi personalının “Jas 39 Gripen” qırıcılarının aviasiya korpusunu gücləndirmək üçün verilməsi ilə bağlı çoxsaylı müraciətləri fonunda qəbul edilib.
Bundan əlavə, 12-ci yardım paketindən 250 milyon İsveç kronu (235 milyon dollardan çox) məbləğində vəsaitin digər hərbi və təhsil ləvazimatları, döyüş sursatı, yanacaq və dərman vasitələrinin alınmasına xərclənməsi nəzərdə tutulur.
Havar Şəfiyeva






