Fransanın xarici işlər naziri Ketrin Kolonna İsveçin NATO-ya daxil olması prosesini sürətləndirməyə çağırıb. Elchi.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatda bildirilir.
Fransa tərəfi iyulun 11-dən 12-dək Vilnüsdə keçiriləcək Şimali Atlantika Alyansının sammitinə qədər İsveçin hərbi-siyasi bloka daxil olması prosesini başa çatdırmağa çağırır.
Stokholm bloka qoşulmaq üçün Helsinki ilə eyni vaxtda müraciət edib. Finlandiya aprel ayında alyansa qoşuldu, İsveçin isə giriş prosesi dayandırıldı. Buna səbəb Türkiyənin Stokholmda siyasi fəal tərəfindən Quranı yandırması ilə bağlı ərizə ilə razılaşmaqdan imtina etməsi olub.
Havar Şəfiyeva






